DİN şəhid obrazını şəhnələşdirən şəxslə bağlı məsələyə aydınlıq gətirdi - VİDEO

17:40 19-07-2021 366

Sosial şəbəkələrdə Mingəçevir şəhərində səhnəcik nümayiş etdirən hərbi formalı şəxsin yanında şəhid anasının ağlamasını əks etdirən videogörüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov HerGun.Az-a bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin narazılıqla qarşıladığı həmin görüntülər Mingəçevir Şəhər Polis Şöbəsində araşdırılıb:

“Məlum olub ki, iyulun 16-da şəhid Tural Həsənovun doğum günü ilə əlaqədar təşkil edilən tədbirdə həmin səhnəcik gənclər tərəfindən şəhid anasının istəyi ilə nümayiş etdirilib”.

İlhamə Əbülfət