Meşə yanğınları ABŞ-ı öz cənginə alıb - VİDEO
20:00 19-07-2021 346
ABŞ-ın qərbində tüğyan edən meşə yanğınları təxminən 470 min hektar ərazini əhatə edib.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Milli İdarələrarası Yanğın Mərkəzi məlumat yayıb.
Son məlumata əsasən, meşə yanğınları 13 ştatın ərazisini əhatə edib. Ən təhlükəli yanğın ocaqları Montana, Aydaxo, Kaliforniya və Oreqon ştatlarında yerləşir.
Hazırda ABŞ-da alovla mübarizəyə 20 min yanğınsöndürən cəlb edilib.