Britaniyalı teleulduz Avstarliyada karantin tədbirlərini ələ saldı: Deportasiya ediləcək

00:40 20-07-2021 23

Britaniyalı teleulduz və siyasi şərhçi Keti Hopkinsi Avstralidan deportasiya edəcəklər.

ABC telekanalı məlumat verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Karen Endryus bildirib.

Teleulduzun deportasiya olunmasına səbəb onun ölkədəki COVID-19-la əlaqəli karantin tədbirlərini ələ salması olub.

Belə ki, Avstraliyaya televiziya serialının çəkilişləri üçün gəlmiş Hopkins “Instagram”da video yerləşdirib.

Videoda karantin zamanı hoteldə ona yemək gətirən işçini maskasız və çılpaq şəkildə qorxudacağını deyib. Sonrada isə o videonu sosial şəbəkə hesabından silib.

Eyni zamanda, 30 min avstarliyalının məhdudiyyətlərlə əlaqəli vətənə qayıda bilmədiyi halda, Hopkinsin ölkəyə buraxılması əhali arasında narazılıqlara səbəb olub.