Bu gün 26 yaşlı Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

10:40 20-07-2021 764

Bu gün Vətən müharibəsi şəhidlərindən olan baş leytenant İbrahim Abdullayevin doğum günüdür.

HerGun.Az xəbər verir ki, İbrahim Habil oğlu Abdullayev 1994-cü ildə Bakıda anadan olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edən İ.Abdullayev ən çətin mövqelərdən olan Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib.

O, həm də Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəmanlıq göstərib. Düşmən hücumlarının qarşısını alan İ.Abdullayev Cəbrayıl istiqamətində gedən döyüşlərdə şücaət göstərərək 26 yaşında şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahim Abdullayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Könül Cəfərli