Milyarderin kosmosa səyahətindən ilk görüntülər - FOTO/VİDEO

04:40 21-07-2021 20

“Amazon”un qurucusu və dünyanın ən varlı adamı Ceff Bezos 20 ildən çox gözlədiyi arzusunu reallaşdırıb. Belə ki, o, “Blue Origin” şirkəti tərəfindən inşa edilən “New Shepard” gəmisində kosmosa yollanıb.

Bu barədə TASS xəbər verib.

Kosmik gəmi Van-Horn şəhəri (Texas ştatı) yaxınlığındakı kosmodromdan şaquli olaraq 100 km yüksəkliyə qalxıb. Raket qurğusundan ayrılan kapsul Yerə paraşütlərlə enib. Daşıyıcı da şaquli eniş edib.

Uçuş təxminən 11 dəqiqə davam edib, sərnişinlər üç dəqiqə çəkisizlik hiss edə biliblər. Gəmi avtomatik rejimdə idarə olunub.

Sərnişinlər arasında milyarder Bezosdan əlavə, onun kiçik qardaşı Mark, 82 yaşlı (keçmiş pilot) və 18 yaşlı hollandiyalı Oliver Demen də olub. Fank indiyə qədər kosmosda olan ən yaşlı, Demen isə insandır.