Peskov Qarabağdakı vəziyyətin tənzimlənməsinin gedişatından DANIŞDI

13:40 21-07-2021 554

Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi prosesi yaxşı gedir. Rusiya Prezidenti Vladimir Putin həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daim təmasdadır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib.

“Ümumiyyətlə, bu istiqamətdə işlər pis getmir. Bilirsiniz ki, üçtərəfli müqavilələr Putinin fəal iştirakı ilə bağlanmışdı və elə onun fəal iştirakı ilə həyata keçirilir. O, baş nazir vəzifəsini icra edən Paşinyanla və Prezident Əliyevlə daim əlaqə saxlayır. Hazırda əldə edilmiş razılaşmaların tətbiqi və icrası ilə məşğuluq”, - deyə Peskov vurğulayıb.