2032-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının ev sahibi açıqlandı - FOTO

16:00 21-07-2021 450

2032-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

Bu barədə “Euronews” xəbər verib.

Bildirilir ki, əsas namizədlər arasında olan şəhərə 80 seçicidən 72-si lehinə, beşi əleyhinə səs verib.

Qeyd edək ki, Avstraliyada oyunlar üçüncü dəfə keçiriləcək: idman festivalı 1956-cı ildə Melburnda, 2000-ci ildə Sidneydə baş tutub.

Brisben üçün xoş xəbər 23 iyul - 8 avqust tarixlərində keçiriləcək 2020-ci il Olimpiadasının başlanması ərəfəsində Tokioda elan edilib.