Plastik qablar getdi, İstehlakçının xərci artdı – VİDEO

20:00 21-07-2021 358

Plastik qablar və paketlər istifadə üçün çox asan və əlverişli olsa da onların tullantıları yalnız insanlar üçün deyil, bütün canlılara təhlükə yaradır. 

Buna görə də, plastik tullantıların ətraf mühitə zərərinin azaldılması istiqamətində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı, idxalı və istehsalı bu ilin yanvarın birindən tam qadağan edildi. 

Plastik qablardan istifadənin məhdudlaşdırılması ilə bağlı qanun isə iyulun 1-dən qüvvəyə minib. 

Bəs hazırda mağazalarda plastik qabların satışı ilə bağlı vəziyyət nə yerdədir?

Daha ətraflı Baku TV-nin süjetində: