Hakerlər dünyanın ən böyük neft şirkətlərindən birindən girov tələb ediblər

02:00 22-07-2021 316

Səudiyyə Ərəbistanının neft-qaz nəhəngi “Saudi Aramco” hakerlərin hücumuna məruz qalıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, kibercinəyətkarlar şirkətə məxsus bir sıra məlumatları ələ keçiriblər. Hakerlər “Saudi Aramco” rəhbərliyindən 50 milyon dollar girov tələb edib, əks halda korporativ məlumatları siləcəklərilə hədələyiblər.

Şirkətdən verilən açıqlamaya əsasən, oğurlanan məlumatlar onun podratçılıarından birinin istifadəsində olub.