İspaniyada açıq havada maska taxmaq məcburiyyəti ləğv olundu

06:20 22-07-2021 420

İspaniya parlamentinin aşağı palatası olan Deputatlar Konqresi açıq havada maska taxmaq məcburiyyətinin ləğvi barədə hökumətin fərmanını təsdiq edib.

Bu barədə palatadan yayılan məlumatda bildirlib.

Artıq iyulun 26-dan etibarən ölkə vətəndaşları küçəyə maska taxmadan çıxa bilərlər. Lakin bu zaman sosial məsafəyə riayət olunması tələbi əvvəlki kimi qüvvədə qalır.

Həmçinin, qapalı məkanlarda da maska taxmaq tələbi saxlanılır.

Qeyd edək ki, İspaniyada əhalinin 50%-dən çoxunun vaksinasiyası başa çatıb.