Qara dəniz üzərindəki hava burulğanı görənləri qorxutdu – VİDEO

08:00 22-07-2021 630

Qara dəniz suları üzərində hava burulğanı müşahidə olunub.

Müvafiq görüntüləri “Haber Global” yayıb.

Təbiət hadisəsinin Türkiyənin Zonquldağ vilayəti sahillərində görüldüyü bildirilib.

Məlumata görə, hava burulğanı təxminən 5 dəqiqə ərzində davam edib.

Ətrafdakıların qoxuya düşdükləri bir vaxtda, hadisə şahidlərindən biri burulğanı mobil telefonu vasitəsilə qeydə alıb.