AADA KİV-ləri və jurnalistləri təltif etdi

18:00 22-07-2021 528

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) 22 iyul Milli Mətbuat Günü münasibətilə ölkənin avtomobil sektorunun inkişafı və bu sahədə mövcud olan problemləri mütəmadi olaraq işıqlandıran bir sıra KİV-ləri və jurnalistləri xüsusi “Təşəkkürnamə diplomları” ilə təltif edib.

Bu barədə AADA-nın mətbuat xidməti məlumat yayıb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həyata keçirilən “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərin daim diqqət mərkəzində saxlanılması, ölkədə avtomobil parkının cavanlaşması, ətraf mühitin qorunması, cəmiyyətdə sürücülük mədəniyyətinin aşılanması və s. məsələləri əhatə edən aktual materialların hazırlanmasına görə kütləvi informasiya vasitələrinə, eləcə də müstəqil jurnalist və bloqerlərə təşəkkür edir, bu çətin və məsuliyyətli missiyaların həyata keçirilməsində qətiyyət və davamlı yaradıcılıq uğurları arzulayırıq”. 

Təşəkkürnamələr aşağıdakı KİV və media nümayəndələrinə AADA-nın toplantısında təqdim ediləcək:

1. Rahim Tarıverdiyev (Mediapost.az)
2. Fərid Şahbazlı (Editor.az)
3. Oxu.az
4. Bizimyol.info 
5. Marja.az 
6. Ictimai TV
7. Arb 24
8. Avtosfer.az
9. Tural Yusifov
10. Elgün Xıdırov
11. Rəhim Əıiyev
12. Raqif Raufoğlu