Ağsuda iki avtomobil toqquşdu, xəsarət alan var

02:00 23-07-2021 420

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1973-cü il təvəllüdlü İslamov Cavanşir Ələddin oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.