Türkiyənin COVID vaksininin yan təsirləri qeydə alınmayıb - VİDEO

09:20 08-09-2021 491

Türkiyənin yerli inaktiv koronavirus peyvəndi “Turkovac”ın klinik sınaqları davam edir.

Hazırda sınaqların üçüncü fazası çərivəsində 46 könüllü adıçəkilən preparatla peyvənd olunub və onlardan heç birində yan təsirlər müşahidə edilməyib.

İkinci dozanın vurulmasından sonra könüllülər daha dörd ay həkim müşahidəsi altında olacaq. Sınaqların uğurlu olduğu təqdirdə vaksinin seriya istehsalına başlanacaq və ilin sonunadək kütləvi vaksinasiyada tətbiq ediləcək.

Mənbə: TRT