Azərbaycanın yeni gənclər və idman naziri kollektivə təqdim olunur

09:40 08-09-2021 367

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla yeni gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov qurumun kollektivinə təqdim edilir.

“Report” xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edir.