Meksikada 7,1 bal gücündə zəlzələ baş verib - VİDEO

12:20 08-09-2021 28

Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Meksikanın Seysmoloji Xidmətinin “Twitter” səhifəsində məlumat verilib.. 

Qeyd olunur ki, zəlzələ Meksikanın Akapulko şəhərindən 11 kilometr cənub-şərqdə, on kilometr dərinlikdə meydana gəlib.

Zəlzələ nəticəsində paytaxt Mexiko şəhərinin bir hissəsində elektrik enerjisi kəsilib.

Hələlik dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.