Məşhur cütlük boşanır? - FOTO

12:40 08-09-2021 583

Türkiyəli məşhur aktrisa Sedef Avcı və həmkarı Kıvanç Kasabalının boşanma xəbəri şou dünyasında gündəm yaradıb.

“Haber Global” məlumat verir ki, 2005-ci ildə evlənən və bir oğul övladı olan cütlüyün ayrılıq xəbəri yayılıb.

Sedef Avcı yaranan dedi-qodulara aydınlıq gətirərək deyib ki, əri ilə Muğlada kənd həyatı yaşamağa başlayıb.

“Bu iddialardan heç xəbərim yoxdur. Kıvanç daim işlə məşğuldur və bəzən yanımızda olmur.

Hər halda pandemiya vaxtı başqa xəbər tapa bilməyiblər”, - deyə cazibədar aktrisa barəsində yayılan xəbərə aydınlıq gətirib.