Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ: 18 yeni ixtisas əlavə edilib

16:40 08-09-2021 453

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə rezidentura səviyyəsinə 18 yeni ixtisas əlavə olunub. Bu ixtisaslar üzrə tibb işçilərinin sertifikasiya imtahanlarına ediləcək yeniliklər hazırlanır”.

HerGun.Az verir ki, bunu Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün sualların hazırlanması istiqamətində işlər davam edir:

“Yeni əlavə edilən 18 ixtisasa ailə təbabəti, nüvə təbabəti, endodantiya, paradontalogiya, restorativ stomatologiya, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodantiya, uşaq və yeniyetmə psixatriyası, neonatologiya, uşaq endokrinologiyası, uşaq kardiologiyası, uşaq nefrologiyası, uşaq nevrologiyası, uşaq qastrentrologiyası, uşaq urologiyası, uşaq yoluxucu xəstəlikləri və uşaq ürək-damar cərrahiyyəsi daxildir. Əsas dəyişiklik pediatriya və stomatologiya sahələrində həyata keçirilib”.

O həm də qeyd edib ki, bu günə qədər olan 42 ali və yeddi orta tibb ixtisasının sayında da dəyişiklik var.