Keçmiş sevgilisinin Ronaldu barədə etirafı gündəm oldu

17:20 08-09-2021 754

İngiltərənin “Mançester Yunayted” futbol komandasına transfer olması ilə gündəmdə olan ulduz futbolçu Kriştianu Ronaldu barədə diqqətçəkən iddia ortaya atılıb.

Belə ki, Ronaldu ilə bir müddət eşq yaşadığını deyən Nataşa Sofia bildirib ki, futbolçu model nişanlısı Corcina Rodriqezlə tanış olandan sonra da ona mesaj yazırmış.

O, Ronaldunun Corcinaya da onunla davrandığı kimi davrana biləcəyini deyib:

“Avropadakı kimi Mançesterdə də eyni şey ola bilər. Əgər onların gələcəyi birlikdə olacaqsa, Corcina gözünü ondan ayırmamalıdır, yoxsa mənə etdiyi kimi, onu da bir kənara ata bilər”.

Nataşa Sofianın sözlərinə görə, məşhur futbolçu iki il gizlicə ona xüsusi mesajlar göndərib. Bu mesajlardan sonra görüşən cütlüyün qısa müddət münasibətləri olub.

Sofia iddia edir ki, Ronaldu bundan sonra onu sosial şəbəkədə bloklayıb və deyib ki, bir daha onu axtarmasın.

Mənbə: “The Sun”