Türkiyəyə qarşı oyunda het-triklə yadda qalan futbolçu: “Oynamaqdan həzz alıram”

18:00 08-09-2021 464

Futbol üzrə Dünya Çempionatı 2022-nin seçmə mərhələsində Türkiyənin qapısına vurulan altı qoldan üçünün müəllifi olan niderlandlı hücumçu Memfis Depay oyunu və göstərdiyi nəticəni şərh edib.

27 yaşlı futbolçu qrupda digər komandalara qarşı oyunla müqaisədə Türkiyəyə qarşı daha yaxşı çıxış etdiklərini söyləyib:

“Aydındır ki, bu gün biz çox məhsuldar olduq. Bu, bütün komandamız və məşqçi üçün yaxşı əlamətdir. Mən futbol oynamaqdan həzz alıram. Vaxtımı yaxşı keçirirəm və əla formadayam. Mənim 27 yaşım var. Ciddi zədə aldım. Çox çalışdım və qayıtdım. Özümə olan inamım dəyişməyib”, - deyə “Barselona”nın hücumçusu vurğulayıb.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub.

Mənbə: UEFA