AXTARIRAM

22:30 08-09-2021 660

Vaxt oğrun məni yaxalar,

Sevgimə sığmaz sabahlar.

Ümidim gumana qalar,

Güman səni axtararam.

 

Dünya, mənlə nədi davan?

Saxlamırsan  qoca,cavan.

Dağ başından külək qovan,

Duman, səni axtararam.

 

Yaxşılığı, pisdən seçən,

Sürətlə ömrümdən keçən,

Ayımdan, ilimdən köçən,

Zaman, səni axtararam.

 

Gecələrin ağuşunda,

Ulduzların baxışında.

Buludların göz yaşında,

Hər an səni axtarıram.

 

Gündüz kimi ağ varaqsan,

Ora  nəndən yazacaqsan?

Məndən indi çox uzaqsan,

Elman, səni axtarıram.

Elman İsrafiloğlu