Əfqan qadınlarına geyiminə görə şəriətə uyğun olmayan idman növləri qadağan edildi

23:00 08-09-2021 41

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı yerli qadınlara geyim baxımından şəriətə uyğun olmayan idman növlərilə məşğul olmağı qadağan edib.

Bu barədə Əfqanıstanın yeni hökumətinin mədəniyyət komissiyasının sədr müavini Əhmədullah Vasiq məlumat verib.

O, bildirib ki, “Taliban” hökuməti qadınlara bədənlərinin müəyyən hissələrinin görünməsini tələb edən idman növlərilə məşğul olmağa imkan verməyəcək.

“Biz informasiya əsrində yaşayırıq. Bu xanımların foto və video təsvirləri bütün dünyaya yayılacaq, insanlar onlara tamaşa edəcəklər”, -deyə o, bəyan edib.

Vasiq qeyd edib ki, İslam qadınlara yalnız lazım olduğu təqdirdə çölə çıxmağa icazə verir. İdman isə vacib ehtiyac sayıla bilməz.

Mənbə: “RİA Novosti”