Roma Papası məhbuslara 15 min ədəd dondurma payladı

06:40 09-09-2021 452

Roma Papası Fransisk şəhərdə yerləşən iki həbsxananın məhbuslarını desertə qonaq edib.

Bu barədə Vatikandakı Müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə Papa “Recina çeli” və “Rebibbia” həbsxanalarına 15 min ədəd dondurma göndərib.

Desertləri ünvanına isə xeyriyyəçilik xidmətinin rəhbəri olan kardinal Konrad Krayevski şəxsən çatdırıb.

Mənbə: “RİA Novosti”