Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - AÇIQLAMA

17:40 09-09-2021 347

Təhsil Nazirliyi vaksin olunmayan təhsil işçilərinin maaşlarının kəsilib-kəsilməyəcəyinə məsələsi ilə bağlı açıqlama verib.

Məsələ ilə bağlı bu gün keçirilən brifingdə danışan təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, vaksinasiya prosesindən keçməyən təhsil işçiləri barədə müzakirələr gedir:

“Məsələ barədə Nazirlər Kabinetinin yeni qaydaları hazırlanır. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, vaksin olunmayan və “Əks göstəriş sertifikatı”nı təqdim etməyən təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. 

İlhamə Əbülfət