Gürcüstanda banka basqın edən silahlı şəxs insanları girov götürüb - VİDEO

19:00 09-09-2021 358

Gürcüstanın Kvareli şəhərində naməlum şəxs “Bank of Georgia”nın filialına basqın edib.

Qeyd olunur ki, basqını həyata keçirən şəxs silahlıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

“Hazırda hadisə yerinə səfərbər edilmiş hüquq-mühafizə orqanlarının əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir, istintaq və əməliyyat tədbirləri davam etdirilir”, - Gürcüstan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

Gürcüstan mətbuatı yazır ki, banka basqın edən şəxs bir neçə nəfəri girov götürüb.

“Rustavi 2” televiziya kanalının məlumatına görə, silahlı şəxs 15 nəfəri girov götürüb və onları azad etmək qarşılığında yarım milyon lari məbləğində pul tələb edib.

Son məlumalara görə, aparılan danışıqlar nəticəsində girovların hamısı azad olunub. Hazırda cinayətkar binada təkdir və ona təslim olması barədə xəbərdarlıq edilib.

Mənbə: Gürcüstan Müdafiə Nazirliyi