Bakıda avtomobil yolu keçən qadınları vurub

23:20 09-09-2021 354

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1975-ci il təvəllüdlü İmanova Nərmin Ağazəki qızı və 1980-ci il təvəllüdlü Ağayeva Aytən Arif qızını vurub.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.