Rusiya və Belarus vahid müdafiə məkanı yarada bilər

00:20 10-09-2021 377

Bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş keçirilib.

Üç saat yarım davam edən danışıqlar zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə olunub.

Söhbət zamanı dövlət başçıları ölkələr arasındakı ittifaq münasibətlərinin genişləndirilməsi, müxtəlif sahələrdə inteqrasiyanın dərinləşdirliməsi kimi məsələlə ətrafında fikir mübadiləsi aparıblar.

Xüsusilə də görüşdə vahid enerji və müdafiə məkanlarının formalaşdırılması, ortaq parlamentin işə başlaması, vahid valyutanın dövriyyəyə buraxılması gündəmə gəlib.

Tərəflər birgə makroiqdisadi siyasət barədə razılıq əldə ediblər.

Göüşdən sonra mətbuata açıqlamalarda hər iki prezident danışıqların məhsuldar keçdiyini bəyan edib.