Nyu-York səmasında 11 sentyabr hadisələrini simvolizə edən iki işıq sütunu - VİDEO

02:00 10-09-2021 382

Nyu-Yorkda 2001-ci il 11 sentyabr tarixində ABŞ-da törədilən terror aktlarının xatirəsinə təşkil edilən “Tribute of Light”(“İşığın mükafatı”) mərasiminin məşqləri keçirilib.

Yerli sakinlər tərəfindən çəkilən videoda 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən məhv edilən əkiz qüllələri simvolizə edən iki işıq sütununun göyə qalxdığı görünür.

“Tribute of Light” mərasiminin əsas hissəsi sentyabrın 11-dən 12-nə keçən gecə baş tutacaq.

Xatırladaq ki, 2001-ci ilin sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədib.

Mənbə: “Twitter”