Rəfiqəsini qorxutmaq istəyərkən həyatını itirdi

03:40 10-09-2021 371

Rusiyanın Krasnoyarsk şəhərində yeniyetmənin öz ölümünü səhnələşdirmək istəyi faciə ilə nəticələnib.

Belə ki, 13 yaşlı məktəbli rəfiqəsini qorxutmaq üçün ölüm səhnəsi yaratmaq istəyib. O, yoldaşı ilə Sverdlovsk rayonunda meşəyə gedib.

Burada oğlan qızın “ölü vəziyyətdə” şəklini çəkməli idi. Amma onun həqiqi ölümünün şahidi olur və heç bir kömək edə bilmir.

Hadisə araşdırılır. İlkin məlumata görə, qızların arasında münaqişə olub.

Ölən qızın varlı ailədən olduğu, yaxşı şəraitdə yaşadığı, intihara meylli olmadığı, eləcə də psixoloji problemlərinin olmadığı iddia edilir.

Yeniyetmənin ölümünün hansı formada baş verdiyi açıqlanmır. Hüquq-mühafizə orqanları hadisəyə rəsmi şərh verməyiblər.

Mənbə: NGS24