Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb

09:40 10-09-2021 346

Yevlax şəhər stadionunun mühafizəçisi iş yerində ölüb.

Hadisə Yevlax şəhər Mərkəzi Stadionu ərazisində baş verib.

1956-cı il təvəllüdlü Əliyev Aydın Ağa oğlu xidmət yerində ölü vəziyyətdə aşkarlanıb. Ölümün səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA