Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü

11:20 10-09-2021 24

Göyçay rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. 

HerGun.Az-ın məlumatına görə, Göyçay şəhəri sakini, 2005-ci il təvəllüdlü İsmayıl Babazadə və 1968-ci il təvəllüdlü Əli Əliyev sonuncunun evində məclis təşkil ediblər.

Daha sonra onlar arasında mübahisə yaranıb. Nəticədə İ.Babazadə Ə.Əliyevi bıçaqlayıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlhamə Əbülfət