Ramiz Göyüşovun yerinə kim gətirilir? - FOTO

11:40 10-09-2021 351

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri vəzifəsinə Vüsar İsmayılovun namizədliyi irəli sürüləcək.

YAP İdarə Heyətinin bu gün keçiriləcək iclasında V. İsmayılovun partiyanın Binəqədi rayon təşkilatının sədri vəzifəsinə təyinatı məsələsinə baxılacaq.

Qeyd edək ki, bundan əvvəl YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov idi.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

Əlavə edək ki, YAP İdarə Heyətinin bugünkü iclasında sosial şəbəkələrdə pornoqrafik videosu yayılan R. Göyüşovun partiyadan xaric edilməsi məsələsinə də baxılacaq.

Mənbə: APA