Yüksək təhlükəsi hesab edilən qasırğa Meksika sahillərinə çatdı - FOTO/VİDEO

03:20 11-09-2021 507

“Olaf” qasırğası Meksikanın Cənub Aşağı Kaliforniya ştatına çatıb.

Bu barədə ştatın Milli Hava Xidməti özünün “Twitter” hesabından xəbər verib.

“Məlumat veririk ki, “Olaf” qasırğasının episentri Los-Kabos sahilindədir”, - deyə paylaşımda bildirilib.

Sakit Okean üzərində yaranmış siklonun “Saffir-Simpson” şkalasında ikinci kateqoriyaya qədər güclənib-güclənməyəcəyi hələ məlum deyil. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, bir gün əvvəl qasırğanın yaxınlaşması ilə əlaqədar regionda yüksək həyəcan səviyyəsi elan edilmişdi. Hökumət sentyabrın 10-da məktəblərdə əyani dərslərin ləğv edildiyini və dövlət qurumlarının işinin dayandırıldığını elan ediblər.