“Şnobel” mükafatının laureatları açıqlanıb

04:40 11-09-2021 39

“Şnobel” mükafatının 31-ci təqdim etmə mərasimi keçirilib. Bu dəfə qaliblər amerikalı alimlər olub. Onlar təcrübə əsnasında kişinin saqqalının onu üz zərbələrindən qoruya biləcəyinə dair sübutlar tapıblar.

“Nobel əleyhinə Mükafat” olaraq da bilinən mərasim onlayn formatda keçirilib.

Təşkilatçıların sözlərinə görə, 24 ölkədən elm adamları laureat olub və ümumilikdə on mükafat verilib. Saqqalın üz zərbələrinə qarşı “müdafiə funksiyasını” yerinə yetirdiyinin sübutu isə “Sülh Mükafatı” kateqoriyasına aid edilib.

Qeyd edək ki, “Şnobel” mükafatı hər ilin oktyabrının əvvəlində ( “Nobel” mükafatının laureatları elan edilməzdən əvvəl) elan edilir və  “əvvəl güldürən, sonra düşündürən” elmi araşdırmalara görə verilir. Mükafatın ilk baxışdan mənasız və ya absurd göründüyünə baxmayaraq, təşkilatçıların fikrincə, tədqiqatlardan bir çoxlarının yenə də elmi dəyəri var.

Yeri gəlmişkən bildirək ki, “Şnobel”in mükafat fondu 10 trilyon Zimbabve dolları təşkil edir. Bu da təxminən 1 ABŞ dollarına (1,70 manat) ekvivalentdir.

Mənbə: “RİA Novosti”