Avtomobil qəzası narkotik plantasiyasını üzə çıxardı - VİDEO

08:20 11-09-2021 501

ABŞ-da avtomobil qəzası böyük qanunsuz laboratoriyanı üzə çıxarıb. Hadisə Miçiqan ştatının  Sterlinq Hayts şəhərində baş verib.

Belə ki, zibil maşınının binanın divarını dağıtması nəticəsində marixuana plantasiyası ortaya çıxıb.

Qəzadan sonra “fermer” qaçıb. Polis müəssisənin içərisində 60 dibçək marixuana müsadirə edib.

Hadisə ilə bağlı cinayət içi açılıb.