Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edildi

12:40 11-09-2021 25

Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib

Bununla bağlı məlumat Baş nazir Əli Əsədovun bu gün imzaladığı Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərarında yer alıb. 

Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə:

- ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilməli,

- ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilməlidir.

Qeyd edək ki, məktəbəhazırlıq mərhələsində əyani tədris 2021-ci il oktyabrın 1-dən, ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən, ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə sentyabrın 29-dan başlanılır.