Narkotik bitkilər yetişdirən şəxs SAXLANILDI - FOTO

14:40 11-09-2021 25

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şübhəli bilinən rayonun Bıçaqçı kənd sakini Araz Rzayev saxlanılıb.

A. Rzayevin rayon ərazisində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və yaşadığı ünvandan 130 qramdan artıq marixuana aşkar edilərək götürülüb. 

Zərdab Rayon Polis Şöbəsinin keçirdiyi digər tədbirlə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən daha bir nəfər də saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayonun Bıçaqçı kənd sakini Rafiq Xasıyev olduğu müəyyən edilib.

R. Xasıyevin Ağdaş rayonu Xınaxlı kənd qəbiristanlığının ərazisində bir ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda marixuana gizlətdiyi aşkarlanıb.

Qeyd edilən faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.