Taliblər marşal Dustumun iqamətgahında yaşayışlarını nümayiş etdilər- VİDEO

18:20 11-09-2021 535

“New York Times” nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən “Taliban” yaraqlılarının həyatından kadrlar göstərib.

“Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm”, - deyən taliblərdən biri nəşrə müsahibəsində malikanədəki hovuz və saunanı nümayiş edirib.

Başqa bir silahlı müxbirlərə düşmənin hücumu zamanı üçün saxlanılan tüstü qumbarasını göstərib.

“Biz bütün ömrümüzü dağlarda və səhralarda yaşadıq. Xalqımızın yeməyə heç bir şeyi yoxdur. Siyasətçilərimiz, zəngin və güclü adamlarımız insanların qanını tökərək özləri üçün belə evlər tikiblər” – deyə iqamətgahın yeni sakinləri bildiriblər.

O da vurğulanır ki, malikanəyə 150 nəfər köçüb.

Mənbə: “RİA Novosti”