Ağsu sakini iribuynuzlu heyvanın ucbatından həlak oldu - FOTO

23:20 11-09-2021 330

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Muradlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Ərabsarvan kənd sakini 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi “LADA-21010” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb.

Sürücü idarəetməni itirib və yolun kənarında oturaq vəziyyətdə olan Muradlı kənd sakini 1965-ci il təvəllüdlü Asif Əhməd Oğlu Manafovun üstünə çıxıb. A.Manafov hadisə yerində dünyasını dəyişib.

Cəsəd müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: AZƏRTAC