Goranboyda 20 ton pambıqla dolu yük avtomobili yanıb - FOTO

02:00 12-09-2021 26

Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılmış ümumi çəkisi 20 ton olan pambıq bağlamalarının 7 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Avtomobilin və pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN pambıq və pambıq məmulatlarının yüksək yanğın təhlükəsi barədə məlumatlandırma işlərini və qabaqlayıcı tədbirləri davam edir.

Bərdə rayonunda “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı texnikalarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Həmçinin, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi vurğulanıb.