Ronaldu “Old Trafford”u xəyalların təatırına bənzətdi - FOTO

05:20 12-09-2021 425

“Mançester Yunayted”in və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında “Nyukasl”a qarşı keçirdiyi oyundan sonra öz “Instagram” səhifəsində yazı paylaşıb.

Ulduz futbolçu “Old Trafford” stadionunu xəyalların teatırına bənzədib:

“Bura mənim üçün həmişə sehrli olub. Burada can atdığın hər şeyi əldə edə bilərsən”.

36 yaşlı hücumçu fikrinin davamında yazıb ki, o və komanda yoldaşları tribunalardan böyük dəstək alaraq irəliyə doğru ümid və nikbinlikə irəliləyirlər.

“Mançester Yunayted” ə qayıtmaqdan və yenidən Premyer Liqada oynamaqdan qürur duyuram! Ancaq hər şeydən əvvəl komandaya kömək etməkdən məmnunam!” - Ronaldu “Instaqram”da yazıb.