Yunanıstanda hökumətə qarşı kütləvi etiraz aksiyasında toqquşma baş verib - VİDEO

06:20 12-09-2021 419

Yunanıstanın Saloniki şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

Nümayişlər zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Toqquşmalar nəticəsində etirazçılardan bir neçəsi xəsarət alıb.

Toqquşmalar Yunanıstanda baş naziri Kiriakos Mitsotakisin sosial və iqtisadi mövzularla əlaqədar gözlənilən çıxışı ilə əlaqədar keçirilir.

Yunanlar hökumətin xüsusən koronavirus pandemiyası dövründəki sosial, səhiyyə və iqtisadi proqramına etiraz edirlər.