“Neftçi”nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

13:20 12-09-2021 26

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, o, 80 yaşında vəfat edib.

Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə “ağ-qaralar”ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.

Keçmiş müdafiəçi ittifaq çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Y.Babayev 1963-1971-ci illərdə flaqmanın formasını geyinib.