Türkiyənin bir qrup yazıçısı Gəncədə səfərdədir

14:00 12-09-2021 391

Türkiyəli yazarlar Gəncə şəhərinə səfər ediblər.

“Report” xəbər verir ki, tanınmış yazar Coşkun Karabulutun rəbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün “Könül yolçuluğu” platforması ilə Azərbaycana səfərə gəliblər.

Onlar Gəncə şəhərində dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan ərazilərə gedəcəklər. Qonaqları yerli rəsmilər müşayiət edir.