Gəncədə terrora məruz qalan məktəblər təmir olunur – VİDEO

16:00 12-09-2021 18

Gəncədə Vətən müharibəsi zamanı zərər görən orta təhsil müəsisələrinin bərpasına başlanılıb. 

Roket zərbəsi nəticəsində dağılan Mehdi Mehdizadə adına 4 nömrəli orta məktəbin təmiri yekunlaşmaq üzərədir. 

Məktəb direktoru Əlağa Səfərov bildirib ki, yeni tədris ilinə hazırlıq tam sürətlə davam etdirilir. 

Ermənilərin hədəfi olan və tamamilə dağılan 29 nömrəli tam orta məktəbin isə yenidən tikintisi nəzərdə tutulub. 

Daha ətraflı Baku TV-nin süjetində: