Sevgisi naminə titul və sərvətindən imtina edən şahzadə ərə gedir – VİDEO

23:00 12-09-2021 411

Ruh əkizi adlandırdığı Kei Komuroya rast gəldikdən sonra Yaponiya imperator ailəsinin üzvü statusundan və ona düşən sərvət payından imtina edən şahzadə Mako öz muradına çatmaq üzrədir.

Belə ki, cütlüyün oktyabr ayında ailə həyatı quracağı bildirilir.

Məlumata görə, toy sadə mərasim şəklində təşkil ediləcək. Ailə qurduqdan sonra şahzadə saraydan ayrılaraq ABŞ-a köçəcək.

Qeyd edək ki, Yaponiya şahzadəsi Makonun sadə vətəndaşla münasibətləri ölkə ictimaiyyətində geniş əks-səda doğurub. Məhəbbət macərasının xoşbəxt sonluqla bitəcəyi gözlənilir.

Mənbə: “Haber Global”