“Qarabağ”ı lider edən qələbə - FOTO/VİDEO

23:40 12-09-2021 28

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

HerGun.Az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Səbail”in qonağı olub.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Tura mərkəzi qarşılaşma ilə yekun vurulub. “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Bu görüşdə “Qarabağ”ın yeni transferi İbrahima Vadji ilk qollarını vurub. Seneqallı hücumçu 21 və 45-ci dəqiqələrdə fərqlənərək dubl edib.

Bu nəticədən sonra “Qarabağ” bu turadək lider olan “Sumqayıt”ın məğlubiyyətindən istifadə edib liderliyə yüksəlib. Hazırda “Qarabağ” və “Qəbələ”nin 7 xalı var. Top fərqində Ağdam komandası üstündür.