Nazir: “Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb”

00:00 13-09-2021 405

“Tədris başqa dillərdə olan siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

“Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq”, - deyə nazir əlavə edib.