Qvineyada dövlət çevrilişindən sonra yeni seçkilərin vaxtı açıqlandı

04:40 13-09-2021 41

Qvineyada hökuməti devirən hərbçilər iki il hakimiyyətdə qalacaqlarını bəyan ediblər.

Yalnız bundan sonra ölkədə yeni azad seçkilər keçiriləcək.

Qeyd olunan müddət ərzində isə Qvineyanı Həmrəylik və İnkişaf üzrə Milli Komitə ilə Milli Birlik Hökuməti idarə edəcək.

Hazırda Konakridə bu qurumlarla Qərbi Afrika Ölkələri İqtisadi Birliyi arasında keçid dövrünün siyasəti barədə danışıqlar aparılır.

Qeyd edək ki, sentyabrın 5-də Qvineyada polkovnik Mamadi Dumbuyanın rəhbərliyilə hərbi çevriliş baş verib. Ölkədə hökumət və parlament buraxılıb, komendant saatı elan edilib.

Mənbə: TASS