Çin “Marvel”in yeni filminə qadağa qoydu

08:20 13-09-2021 26

“Marvel” kinostudiyasının ən yeni filmi olan “Şan-Çi və on üzük əfsanəsi”nin Çində nümayişi qadağan olunub.

İlk həftəsonu boyunca artıq 94 milyon dollar gəlir qazanan ekran əsərinin qəhramanı asiyalıdır.

Çin hökuməti qadağanın səbəbini açıqlamasa da, kino tənqidçiləri qərarın məhz bu amillə bağlı olduğunu bildirirlər.

Qeyd edək ki, filmin çəkilişləri zamanı pandemiya səbəbindən bir neçə dəfə fasilələr yaranıb. Öncədən planlaşdırılan vaxtdan gec də olsa, nəhayət ki, bu həftədən etibarən fantastik əsərin dünya kinoteatrlarında nümayşinə başlanılıb.

Mənbə: “Haber Global”